Bakının mərkəzində çoxmərtəbəli bina söküləcək – Kompensasiyanın məbləği müəyyənləşdirilib
Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.
BAKU.WS xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən qafqazinfo-ya binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.
“Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Bina ərazinin ümumi görünüşünə də xələl gətirir”, – deyə RİH-dən bildirilib.
BAKU.WS