Qüds Patriarxı xəbərdarlıq etdi: Sionistlər Qüdsdə xristianların mövcudluğunu təhdid edir

Qüds Patriarxı xəbərdarlıq etdi: Sionistlər Qüdsdə xristianların mövcudluğunu təhdid edir

Qüds patriarxı işğal altındakı Qüdsdəki xristian varlığının təhdid edildiyini və şəhərdəki kilsələrin sionist qruplar tərəfindən dəfələrlə dağıdıldığını bildirib.

Qüdsdəki pravoslav xristianların liderlərindən biri olan yepiskop (patriarx) III Teofil bəyan edib ki, ekstremist sionist qruplar Qüdsün qədim hissəsində xristianların da varlığını təhdid edirlər.

O, İngiltərənin “Times” qəzetinin köşələrindən birində dərc etdirdiyi qeyddə yazıb: Sionistlərin məqsədi hər üç səmavi dinin, yəni İslam, yəhudilik və xristianlığın müqəddəs saydığı Qüdsdən xristian icmasını qovmaqdır.

III Teofil vurğulayıb: Qüdsdəki mövcudluğumuz təhlükə altındadır. Kilsələrimiz İsrail ekstremist qrupları tərəfindən təhdid edilir. Qüdsdəki xristian icması bu sionist ekstremistlərin əlindən çox əziyyət çəkir. Qardaşlarımız və bacılarımız nifrət cinayətlərinin qurbanı olur və kilsələrimiz daim dağıdılır və təhqir olunur. Din xadimlərimiz dəfələrlə təhdidlərə məruz qalıb.

Bununla bağlı bir sionist rəsmi 3-cü Teofilin açıqlamalarının həqiqətdən uzaq olduğunu iddia edərək, bu rejimin Xarici İşlər Nazirliyinin dekabrın 22-də yaydığı bəyanatdan sitat gətirib.

Bəyanatda İsrail rejiminin bütün dinlərin ardıcılları üçün din və ibadət, həmçinin müqəddəs yerlərə giriş azadlığına sadiq olduğu iddia edilib.

Ötən çərşənbə günü bir fələstinli rəsmi sionist rejimin işğal olunmuş Qüdsdə xristianların mövcudluğunu təhdid etmək planı barədə xəbərdarlıq etmişdi.

2021-ci il dekabrın 26-da Qüdsdəki sionist Mərkəzi Məhkəməsi Qüds Patriarxına Yəhudi Daxili Fondu adlanan quruma 13 milyon dollar ödəməyi tapşırıb. Bunun ardınca da Qüds şəhərində xristianların varlığını hədəf alan ssenari gerçəkləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =