İsrailli ekspert: Hizbullah bəzi NATO ölkələrindən daha güclüdür

İsrailli ekspert: Hizbullah bəzi NATO ölkələrindən daha güclüdür

İsrailli hərbi ekspert Livan Hizbullah hərəkatının bu gün bəzi NATO üzvləri olan ölkələrdən qat-qat güclü olduğunu etiraf edib.

Qəzzə zolağının işğalı məsələsi sionist rejimdə ixtilaflara səbəb olub, çünki əksər hərbi ekspertlər hesab edir ki, İsrail ordusu HƏMAS və digər Fələstin qrupları ilə müharibəni quru əməliyyatları ilə öz xeyrinə bitirməyə hələ hazır deyil.

“Rəy Əl-Yəvm” elektron qəzeti ekspertlərə istinadən yazır: “Quru əməliyyatı çoxlu sayda rejim əsgərinin öldürülməsinə və yaralanmasına səbəb olacaq və bu, Livanda Hizbullah ilə mümkün olan istənilən müharibədə keçərlidir və hər iki halda sionist rejim məğlub olacaq.”

Bununla əlaqədar olaraq, Sionist Milli Təhlükəsizlik Araşdırma Mərkəzi Ron Tiranın araşdırmasını dərc edib və bu araşdırmada Tira sionist rejimin hər hansı quru hərbi əməliyyatına qarşı olduğunu açıq şəkildə bəyan edib:

 “Hərbi əməliyyata başlamaq qərarı uzunmüddətli məqsədə çatmaq üçün qəbul edilməlidir ki, bu da öz növbəsində müharibənin strateji məqsədlərinə çatmaqda rol oynaya bilər.”

İsrailli ekspert sözlərinə davam edib: Sionist rejimin Livanda Hizbullaha qarşı “müharibələr arasında müharibə” strategiyası iflasa uğrayıb və hərəkatın hərbi arsenalının artmasına mane olmayıb, əksinə, biz Hizbullahın dağıdıcı hərbi gücünün artdığını görürük.

Tel-Əvivdəki yüksək səviyyəli mənbələrə istinad edən Tira vurğulayıb ki, sionistlərin bütün səylərinə baxmayaraq, Hizbullah bu gün çox təhlükəli hərbi gücdür. Bu güc bir çox NATO üzvü olan dövlətlərinkindən daha böyükdür. Hizbullahın hərbi qabiliyyəti, o cümlədən nöqtə atışı raketləri, intiharçı pilotsuz təyyarələr və yer-hava raketləri hər gün artır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =