ABŞ Qasim Süleymaninin öldürülməsinə görə İranın qisas alma əzmindən narahatdır

ABŞ Qasim Süleymaninin öldürülməsinə görə İranın qisas alma əzmindən narahatdır

Ağ Evin milli təhlükəsizlik müşaviri İranın Qasim Süleymaninin öldürülməsinə görə qisas almaq əzmindən narahatlığını bildirib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan açıqlamasında bildirib ki, Amerika vətəndaşlarına hücum edilərsə, Tehran ciddi nəticələrlə üzləşəcək. Sullivanın açıqlamaları İran rəsmilərinin bir neçə amerikalıya qarşı sanksiyalar tətbiq etməsindən sonraya təsadüf edib.

Sallivan İranın 52 Amerika vətəndaşına qarşı sanksiya tətbiq etdiyini iddia edir. Onlar bunu Yaxın Şərqdə İranın etibarlı silahlı dəstələrinin ABŞ əsgərlərini hədəfə aldığı və İran rəsmilərinin ABŞ daxilində və bütün dünyada əməliyyatlar keçirməklə hədələdiyi bir vaxtda edirlər.

İran İslam Respublikası 50-dən çox amerikalıya şəhid Qasım Süleymaninin qətlində iştirak etdiklərinə görə sanksiya tətbiq edib.Sanksiyaya məruz qalanlar arasında ABŞ qüvvələrinin müştərək komitəsinin qərargah rəisi Mark Milli və ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Robert O’Brayen də var.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General İsmayıl Qaani də çıxışında deyib: “Amerikalıların evlərinin içindən qisas almaq üçün zəmin hazırlayacağıq. Zəruri hallarda, biz amerikalılardan qisasımızı öz evlərinin içindən və bizim iştirakımız olmadan onların yanında olan insanlarla alacağıq.”

Həmçinin İran Prezidenti Seyid İbrahim Rəisi Qüds Qüvvələrinin keçmiş komandirinin anım mərasimində Qasim Süleymaninin qanına görə qisas alınmasının vacibliyini vurğulayarkən deyib:

 “Əgər Tramp, Pompeo və digər cinayətkarların ədalətli şəkildə mühakimə olunması təmin edilsəydi, bu iyrənc cinayəti törətdiklərinə görə ədalətli məhkəmədə biabırçı əməllərinə görə cəzalandırılardılar. Bizim istəyimiz onların cəzalandırılmasıdır, əks halda bütün ABŞ siyasətçilərinə deyirik ki, intiqamçı əl millətin arasından ortaya çıxacaq.”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo da bu sözlərə cavab olaraq Tehranın Donald Trampa və özünə qarşı təhdidlərini təhlükəli adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + seven =