Sionist rejim qüvvələrinin Livan sərhədi yaxınlığında fasiləsiz yuxulaması- FOTO+VİDEO

Sionist rejim qüvvələrinin Livan sərhədi yaxınlığında fasiləsiz yuxulaması- FOTO+VİDEO

Livanın Əl-Mənar televiziyası və Əl-Nur radiosunun müxbiri sionist ordusunun Livanla sərhəddə uyuyan əsgərlərinin görüntülərini yayımlayıb.

Əl-Mənar müxbiri bu yaxınlarda Livan sərhəddində komandirin yatmış sionist əsgəri təpiklə vuraraq onu yuxudan oyatdığını əks etdirən video yayımlayıb.

Bu video yayımlandıqdan sonra, bəzi internet istifadəçiləri bu vəziyyəti təsvir edərək yazıblar: “Ey Süleyman! Ayağa qalx. Hizbullah bizi izləyir.”

Əl-Mənar müxbiri bu gün (çərşənbə axşamı) yenidən sionist hərbçilərin yeni şəkillərini çəkərək göstərdi ki, hekayə bir günlə məhdudlaşmır və sionist rejim qüvvələri sərhədləri qorumaq əvəzinə yatırlar.

Əl-Mənar müxbiri öz Tvitter hesabında yazıb: “Biri sionist ordusunun şimal bölgəsinin komandanı Əmir Baama xəbər versin, gəlib Livan sərhədindəki qoşunlarını oyatsın.”

Əl-Mənar müxbiri bundan əvvəl sionist silahlıların işğal olunmuş Fələstin və Livan sərhədində, Eytuş-Şaab şəhəri yaxınlığındakı sionist Şətula qəsəbəsində sionist hərbçilərin sərhəddə dolaşaraq zibil yığdığını əks etdirən videonu yayımlamışdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 8 =