KTMT Qazaxıstandan çıxır: əvəzində nələr verilə bilər?
Baş verənlərin hədəfləri fonunda rus qoşunlarının ölkədən çıxması Moskvanın qarşılığında alacaqları ilə bağlı ola bilər:
Birincisi, Qazaxıstanın Belarus ssenarisi üzrə “dərin ittifaq” müqaviləsi imzalaması: Putin Lukaşenkonun dili ilə artıq bunun mesajını verib və mümkündür ki, yaxın dövrdə məsələ gündəmə gəlsin;
İkincisi, rus mədəni təsirinin saxlanılmasıdır: rus dilinin rəsmi statusu qaytarılmasa belə, tədris prosesində genişləndiriləcəyi gözləniləndir; Tokayev də bildirdi ki, “Rusiya texniki universitetlərinin Qazaxıstanda filialları açılacaq”;
Üçüncüsü, Rusiya hərbi bazasının yaradılması ola bilər;
Hərbi bazanın yaradılmasının mümkünlüyü fonunda “rus qoşunları Qazaxıstandan tamamilə çıxacaqmı” sualı diqqət çəkir. Rəsmi məlumata görə, Qazaxıstana gələn KTMT kontingentinin sayı 2500 nəfərdir, bunun da böyük hissəsi rus hərbçiləridir. Qeyri-rəsmi məlumatlarda isə Rusiyanın 10 minə yaxın hərbçi göndərdiyi bildirilir. İstisna deyil ki, KTMT qüvvələri ölkədən çıxsa da, Moskva istəklərini praktiki şəkildə əldə edənə qədər rus hərbçilərinin qeyri-rəsmi formada qalması davam edə bilər.
Publika.az