Ronaldu və Messi eyni klubda oynaya bilər

Ronaldu və Messi eyni klubda oynaya bilər

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu PSJ-yə transfer ola bilər.

Mənbə yazır ki, hücumçu Kilian Mbappe Paris klubunu tərk etməyə yaxındır və bu səbəbdən rəhbərlik heyəti gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.  

Daha əvvəl isə məlum olmuşdu ki, portuqaliyalı forvard hazırda çıxış etdiyi komandadakı vəziyyətdən və “Mançester Yunayted” rəhbərliyindən narazıdır.

K. Ronaldu agenti Jorje Mendesə “Mançester Yunayted”də vəziyyətin dəyişməyəcəyi təqdirdə ona yeni komanda tapmağı barədə göstəriş verib.

Mənbə: Le 10 Sport

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + twenty =