Litvanın xarici işlər naziri Aİ-ni Çinə qarşı mübarizə aparmağa çağırıb
Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Avropa İttifaqını tərəflər arasında iqtisadi münaqişə fonunda Çinə qarşı mübarizə aparmağa çağırıb.
SalamNews xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bundan əvvəl isə ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tay Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis ilə söhbətində Litvanın Çin tərəfindən diplomatik və iqtisadi təzyiqlərinə qarşı çıxmaq üçün Avropa İttifaqı və onun üzvləri ilə işləməyə hazır olduğunu bildirib.
“İndi Avropadan çox aydın cavab tələb olunur. Avropa bəyan etməlidir ki, bu, təkcə bir ölkənin bazarı ilə bağlı deyil. Bu, bütün qaydalara əsaslanan qlobal ticarət sisteminin gücünün sınağıdır. Avropa buna qarşı mübarizə aparmalıdır”- Landsberqis Financial Times-a müsahibəsində deyib.
XİN rəhbəri vurğulayıb ki, Vilnüs Pekinə qarşı deyil, amma Tayvanla ticarət və mədəni əlaqələr qurmaq hüququna malikdir.
SalamNews.org