Blinken: Şimali Koreyanın raket proqramı üçün mallar Rusiyadan gəlir

Blinken: Şimali Koreyanın raket proqramı üçün mallar Rusiyadan gəlir

 ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin  sanksiyalarına məruz qalan Rusiyanın Parsek şirkətini Şimali Koreyanın raket proqramı üçün mal və texnologiyanın “əsas mənbəyi” adlandırıb.

SalamNews xəbər verir ki, bu barədə “RİA” Novosti məlumat yayıb.

Onun sözlərinə görə, 2016-2021-ci illərdə KXDR vətəndaşı O   Yon –Ho “kevlar sapı, aramid lifi, aviasiya yanacağı, podşipniklərin və yüksək dəqiqlikli freze maşınlarının” alınması məqsədilə Parsek şirkəti və onun direktoru, rusiyalı Roman Alar ilə əməkdaşlıq edib.

“O Yon Ho, Roman Anatolyeviç Alar və Parsek MMC arasında münasibətlər Şimali Koreyanın raket proqramı üçün əsas əmtəə və texnologiya mənbəyidir” – Blinken bildirib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =