İraq Nucəba hərəkatı Səudiyyə Ərəbistanında iki bəhreynliyə edam hökmü verilməsinə münasibət bildirib
Nucəba İslami Müqavimət Təşkilatının baş katibi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncə ölüm hökmü çıxaran məhkəmə qərarına münasibət bildirib.
İraq Nucəba İslami Müqavimət Təşkilatının baş katibi Şeyx “Əkrəm Əl-Kəbi” mesajında dünyanın Ali-Səudun iyrənc və qeyri-insani cinayətlərinə göz yummasını tənqid edib:
Vəhhabi-təkfirçi rejim müxtəlif bölgələrdə Əhli-beyt (ə) ardıcıllarına qarşı ən ağır zülmlərini davam etdirir.
Şeyx Əkrəm əl-Kəbi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncin edam edilməsinə reaksiya verərək, Səudiyyə rejiminin cinayətlərinə nisbətdə beynəlxalq susqunluğu tənqid edərək, Nucəba hərəkatınının onların yanında və məzlum xalqların səsi olacağını bildirib.
O əlavə edib: “Ali-Səud rejimi Bəhreyndə və bölgədə günahsız vətəndaşların soyqırımını nə vaxta qədər davam etdirəcək? Bəs, bu cinayətlərə qarşı beynəlxalq susqunluq və görməməzlik nə vaxta qədər davam edəcək? “
Ali-Səud rejimi tərəfindən iki bəhreynlinin edam edilməsi haqda verilən hökm “məzhəbçi” bir hərəkətdir.
Səudiyyə Ərəbistanının apelyasiya məhkəməsi iki bəhreynli gəncin – Cəfər Sultan və Sadiq Samirin – edam hökmünü qüvvədə saxlayıb.
Səudiyyə məhkəməsinin qərarından sonra Bəhreynin Daru Kəlib rayonunda nümayişlər keçirilib və etirazçılar Səudiyyə Ərəbistanı hakimiyyətinin sərt qərarına qarşı çıxıblar.
Dari Kəlib bölgəsindən olan iki gənc 2015-ci il mayın 8-də Bəhreynlə birləşdirən “Kral Fəhd körpüsünü partlatmağa cəhd” ittihamı ilə həbs edilib.
Hüquqi təşkilatlar iki bəhreynliyə onların etiraflarını almaq üçün Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən işgəncə verilməsini sənədləşdiriblər.
Human Rights Watch təşkilatı bundan əvvəl bəhreynli müxalifət üzvlərini ölkənin qarşıdan gələn “milli bayramı” münasibətilə azad etməyə çağırıb.