Türkiyə ilk “cib” peykini kosmosa göndərdi

Türkiyə ilk “cib” peykini kosmosa göndərdi

Zonguldak Bülent Ecevit Universiteti Mühəndislik Fakültəsi tələbələrindən ibarət “Grizu-263 Kosmos Qrupu” tərəfindən əsas rabitə tədbirlərinin həyata keçirilməsi üçün hazırlanan Türkiyənin ilk “cib” peyki “Grizu-263A” “SpaceX” raketi ilə kosmosa göndərilib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Peyk ABŞ-ın Kannaveral burnundakı kosmodromdan “SpaceX Falcon 9” raketilə orbitə çıxarılıb.

İstanbul Texniki Universiteti Kosmos Sistemləri Sınaq Laboratoriyasının, həmçinin Türkiyə Həvəskar Peyk Texnologiyaları Dərnəyinin texniki dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan peykin ölçüləri 5x5x5 santimetrdir.

Peykin təxminən 525 kilometr aşağı Yer orbitində 4 il 8 ay xidmət etməsi planlaşdırılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =