ABŞ-ın Bağdaddakı səfirliyi atəşə tutuldu
Publika.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb .
Telekanalın məlumatına görə, ABŞ diplomatik missiyasının binasına iki mərmi atılıb. Hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi iddia olunur.
ABŞ səfirliyi “yaşıl zona”da – Bağdadın mərkəzində ciddi mühafizə olunan ərazidə yerləşir. Səfirlik dəfələrlə raket və minaatan hücumlarının hədəfinə çevrilib. Hücumlar zamanı çox sayda ölən və yaralananlar olub.
Publika.az