Prezidentliyə namizəd məhkəməyə verildi – ŞOK SƏBƏB

Prezidentliyə namizəd məhkəməyə verildi – ŞOK SƏBƏB

Fransa prezidentliyinə namizəd Erik Zemmur hakim qarşısına çıxarılacaq.

Lent.az-ın “Le Monde” qəzetinə istinadla məlumatına görə, prezidentliyə namizəd müəllif hüquqlarını pozmaqda ittiham edilir. 

Bir müddət əvvəl “Youtube”da yayımlanan tanıtım videosunda Zemmur köhnə filmlərdən olan kadrlardan istifadə edib. Video yayıldıqdan qısa müddət sonra kadrların çoxunun istifadəsi üçün icazə alınmadığı məlum olub və film müəllifləri məhkəməyə müraciət ediblər. İşə Paris Yuxarı İnstansiya Məhkəməsi yanvarın 27-də baxacaq. 
 Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =