Son 2 ayda Belarusdan 4 minədək iraqlı repatriasiya olunub

Son 2 ayda Belarusdan 4 minədək iraqlı repatriasiya olunub

Noyabrın 15-dən bu günədək Belarusun Avropa ölkələri ilə sərhədlərində gözləyən 4 minədək iraqlı vətənə qaytarılıb.

APA-nın xəbərinə görə, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn litvalı həmkarı Qabrielus Landbbergislə birgə mətbuat konfransında deyib.
Diplomat bildirib ki, sözügedən müddətdə Belarus aeroportlarından Bağdada ondan çox uçuş təşkil edilib. Belarusdan 3817, Litvadan isə 112 iraqlı təyyarə ilə vətənə gətirilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =