İsrail və Livan qaz nəqli üzrə saziş imzalayıb
İsrail mediası İsrailin Baş naziri Naftali Bennetin kabinəsi ilə Livan hökuməti arasında qazın nəqli ilə bağlı gizli razılaşmanın imzalandığını bildirir. Bu gizli razılaşma İsrail qəzetlərinin yayımladığı xəbərlərlə ictimaiyyətə açıqlanıb.
İsrail mətbuatının yazdığına görə, Bennetin kabinəsinin belə bir saziş imzalaması üçün ən mühüm motivlərdən biri də livanlılara İrandan yanacaq idxalına qarşı bir alternativ yaratmaq və Hizbullahın əsas dəstəkçisi olan İranı Livana yanacaq idxal etməkdən uzaqlaşdırmaqdır.
Əlbəttə, dünya ictimaiyyəti İsrailin Qüds və Fələstini işğal etməsi və müsəlmanlara qarşı anamsız rəftarından xəbərsiz deyil. Şübhəsiz, bu məsələ gələcəkdə Livana baha başa gələcək. Hizbullah, İslami Cihad, Həmas və digər Müqavimət hərəkatları düşmən, işğalçı və uşaq qatili olan sionist İsrailə qarşı yeganə yolun müqavimət və cihad olduğunu vurğulayır.
Belə olduğu halda, müsəlman dövlətlərin istənilən sahədə düşmən İsraillə münasibətləri normallaşdırması və sazişi qəbulolunmaz və müqavimət cəbhəsinə xəyanətdir.