Sionistlərin Hebronda törətdiyi vəhşilikdən sonra qoca bir fələstinli şəhid olub
sionist əsgərlər tərəfindən hərbi avtomobillə vurulan 75 yaşlı fələstinli şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi elan edib: Hebronun cənubunda yerləşən Ummul-Xeyr kəndinin girişində sionist işğalçılar tərəfindən təqib edilən və avtomobillə vurulan yaşlı fələstinli Süleyman Əl-Həzalin bazar ertəsi səhər şəhid olub.
Şahab xəbər agentliyinin məlumatına görə, Hebronun cənubunda müdafiə komitələrinin fəalı Fuad Əl-Əmur bildirib ki, Şeyx Süleyman Əl-Həzalin ağır yaralanıb və sionist əsgərlər onu və maşınla vurma zamanı yaralanan digər dörd fələstinlini tərk edərək qaçıblar.
80 yaşlı fələstinli Əbdülməcid Əsəd ötən çərşənbə günü Ramullahın şimalındakı Cəlcaliya kəndində sionist yaraqlılar tərəfindən həbs olunaraq döyüldükdən sonra şəhid olub.
Bir neçə gün əvvəl İordan çayının qərb sahilində fələstinli gənclərlə işğalçı qüvvələr arasında baş verən qarşıdurmada 2 fələstinli gənc həlak olub, 2 nəfər yaralanıb, 17 nəfər isə həbs edilib.
Bundan əvvəl sionist rejimin artilleriya və hava qüvvələri Qəzza zolağında əraziləri bombalayıb.
Rejimin Apaçi helikopterləri Cəbəliyanın şərqində HƏMAS-ın müşahidə məntəqəsini hədəfə alaraq maddi xəsarətə səbəb olub.
İordan çayının qərb sahilindəki kəndlər son vaxtlar Fələstin ərazilərində sionist yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı fələstinlilərin etirazlarının şahidi olub.