Ankara və İrəvanın “ilkin şərtsiz” danışıqları – Kulisdə nələr razılaşdırılıb?
“İlkin şərtin olmaması” İrəvan üçün Ankara qarşısında əldə etdiyi uğurdur: xüsusi nümayəndə Ruben Rubinyan da bu gün parlamentin iclasında “agent” ittihamlarına qarşı bu detalı müdafiə üçün istifadə etdi. Və sual yaranır: Ankara normallaşma prosesində irəli sürdüyü şərtlərdən, xüsusilə Zəngəzur dəhlizindən imtina edib?
Tərəflərin Moskvada görüşdüyü gün – yanvarın 14-də Nikol Paşinyanın Arazdəyən-Mehri dəmir yolu xəttinin (dəhlizin bir hissəsi) bərpası üçün işçi qrupun yaradılması barədə qərarı “şərtsiz” danışıqlarla bağlı fərqli ehtimalı önə çıxarır:
– Kulis danışıqlarında İrəvan Ankaranın birinci şərtini qəbul edib: Paşinyanın qərarı bu fikri daha da gücləndirir;
– Tərəflər Paşinyan hakimiyyətini daxildə üzləşə biləcəyi reaksiyanı nəzərə alaraq, rəsmi açıqlamaya “ilkin şərt olmadan” qeydinin daxil edilməsinə razılaşıblar və bu, normallaşma prosesinin davamlı olmasına hesablanıb;
Ermənistan parlamentinin bu gün keçirilən iclasında Türkiyə ilə danışıqlara göstərilən reaksiya da göstərir ki, Paşinyana müharibədən sonrakı reallıqlar üzrə hərəkət edə bilməsi üçün “şərait yaradılmalıdır”.
Publika.az