Yəmənin Əbu-Dabiyə qarşı “uğurlu əməliyyatı”nın peyk görüntüləri

Yəmənin Əbu-Dabiyə qarşı “uğurlu əməliyyatı”nın peyk görüntüləri

Associated Press agentliyi Yəmən silahlı qüvvələrinin Əbu-Dabiyə qarşı dünənki hücumunun peyk görüntülərini yayıb.

Associated Press bu gün (çərşənbə axşamı) xəbər verir ki, Yəmən silahlı qüvvələrinin Əbu-Dabiyə qarşı dünənki (bazar ertəsi) əməliyyatının nəticələrini əks etdirən görüntülər əldə edib.

Associated Press iddia edir ki, Amerikanın Plant Labs PBC şirkətinin bu xəbər agentliyi tərəfindən təhlil edilən şəkillərində Əbu-Dabinin “Musəffə” məhəlləsində Əbu-Dabi Milli Neft Şirkətinin yanacaq anbarının üzərində yüksələn tüstü görünür.

Məlumata görə, Yəmən silahlı qüvvələrinin Əbu-Dabiyə qarşı dünənki hücumundan bir neçə dəqiqə sonra çəkilmiş növbəti görüntüdə anbar bölgəsində yanğın və yanğına qarşı istifadə edilən ağ köpük dumanı yayılıb.

Associated Press-in məlumatına görə, qısaca ADNOC kimi tanınan Abu Dabi Milli Neft Şirkəti BƏƏ-nin sərvətinin böyük hissəsini təmin edən dövlət enerji şirkətidir.

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Associated Press-in dünənki hücumun yeri və dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı sorğusuna cavab verməyib və yalnız hücumun bazar ertəsi yerli vaxtla saat 10:00 radələrində baş verdiyini bildirib.

Dünən günorta saatlarında Əbu-Dabi polisi və daha sonra rəsmi BƏƏ xəbər agentliyi Əl-Musəffə sənaye zonasında partlayış, daha sonra BƏƏ Beynəlxalq Hava Limanının bir hissəsində yanğın barədə məlumat verib.  Xəbər yayıldıqdan az sonra Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Twitter paylaşımında Əbu-Dabi hava limanına edilən hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Həmçinin, BƏƏ-yə qarşı uğurlu əməliyyatın təfərrüatlarını tezliklə açıqlayacağını vurğulayıb.

Səudiyyə Ərəbistanı XİN-i BƏƏ-nin təhlükəsizliyi və sabitliyin üçün bütün təhdidlərə qarşı mübarizədə ona dəstəyini vurğulayıb.

Səudiyyə Ərəbistanı XİN-i Səudiyyə koalisiyasının Yəmənə qarşı təcavüzünü görməzdən gələrək Husi yaraqlılarının regionda və dünyada təhlükəsizlik, sülh və sabitlik üçün təhdid olduğunu iddia edib.

Sionist rejim ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri kimi reaksiya verib.

İsrailin Xarici İşlər naziri Yair Lapid Twitter-də yazıb: “Əbu-Dabidə bugünkü pilotsuz təyyarənin hücumunu kəskin şəkildə pisləyirəm və həlak olanların ailələrinə başsağlığı verirəm və yaralananların tezliklə sağalmasını arzulayıram. İsrail BƏƏ-nin yanındadır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =