Daha bir vətəndaşımız minaya düşdü
Goranboy sakini minaya düşüb.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu minaya düşüb.
Kənd icra nümayəndəliyindən BAKU.WS-in yerli bürosuna verilən ilkin məlumata görə, 26 yaşlı Vüqar Məmmədov çaydan su içmək istəyərkən hadisə baş verib.
Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağının amputasiya olunduğu deyilir.
BAKU.WS