Koalisiya döyüş təyyarələri Sənanı 15 dəfə bombalayıb
Yəmən media mənbələri bildiriblər ki, BƏƏ qırıcıları bu səhər Sənanın 15 müxtəlif bölgəsini bombalayıb. Yəmənin Əl-Məsirə telekanalı Səudiyyə-BƏƏ koalisiyasına bağlı əmirlik qırıcılarının bu gün səhər saatlarından etibarən Yəmənin paytaxtı Sənanı 12 dəfə bombaladığını açıqlayıb.
Bu xəbərin yayılmasından bir neçə dəqiqə sonra Yəmənin Ənsarullah xəbər saytı bir hərbi mənbəyə istinadən bildirib ki, bu gün (çərşənbə, 19 yanvar) səhər Sənaya qarşı hava hücumlarının sayı 15-ə çatıb və Səudiyyə-BƏƏ koalisiyasının qırıcıları hələ də Səna səmasında uçuşmaqdadır.
Məlumata görə, Səudiyyə koalisiyasının qırıcıları bu gün səhər saatlarında Ətan bölgəsindəki Beynəlxalq Hava Limanı və onun ətrafını beş dəfə bombalayıb və Sənanın cənubunda Sənhan şəhərindəki Cərban bölgəsi də hədəfə alınıb.
Sənanın şərqindəki Bəni-Həşiş bölgəsində yerləşən Savanın Əl-Xərbə məntəqəsi və Sənanın şimalındakı Bəni-Haris şəhərinin Ər-Rəvzə məhəlləsindəki hərbi universitet bu səhər koalisiya qırıcılarının digər hədəfləri olub.
Ənsarullah xəbər saytı həmçinin yazıb ki, koalisiya qırıcıları Sənanın 15 müxtəlif bölgəsini bombalayıb.
Yəmən ordusu və xalq komitələrinin ötən bazar ertəsi Əbu-Dabiyə qarşı əməliyyata başlamasından bir neçə saat sonra koalisiya qüvvələri Yəmənə təcavüzlə bağlı xəbərdarlıqlarına məhəl qoymadı. Səudiyyə koalisiyası Sənada yaşayış məntəqələrini bombalamağı və dinc sakinləri hədəfə almağı artırdı.
Koalisiya Sənadakı Ənsarullah bazalarına qarşı hava hücumları təşkil etdiyini, bu zaman Cəbəlun-Nəbiyyiş-Şuəybdə Yəmənin pilotsuz uçan aparatlarının rabitə sistemini məhv etdiyini iddia edib.
Səudiyyə koalisiya qırıcılarının bazar ertəsi gecə Yəmənin paytaxtına hücumları nəticəsində azı 12 mülki şəxs həlak olub, bəziləri qadın və uşaq olmaqla 11 nəfər yaralanıb.