Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

Çavuşoğlu: ‘Ermənilər Türkiyə ilə münasibətlərin normallaşmasından çox razıdırlar’

“İlk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.

APA-nın yerli bürosu xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib.

O qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər: “Məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək”, – deyə nazir vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − twelve =