Azərbaycanda yol qırğını – 4 nəfər öldü, 16 şəxs xəstəxanalıq oldu
Publika.az xəbər verir ki, gün ərzində ümumilikdə 11 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edən 4 nəfərdən başqa 16 şəxs xəstəxanaya yerləşdirilib.
Ölümlə nəticələnən yol qəzaları Zaqatala, Qax, Hacıqabul və Bakının Xətai rayonunda baş verib.
Hər bir faktla bağlı araşdırma aparılır.