HƏMAS: Səudiyyə koalisiyası regionun gələcəyində yeri olmayan güclərə arxalanır

HƏMAS: Səudiyyə koalisiyası regionun gələcəyində yeri olmayan güclərə arxalanır

HƏMAS-ın yüksək rütbəli rəsmisi Səudiyyə koalisiyasının Yəmənə təcavüzünü sionistlərin fələstinlilərə qarşı təcavüzü kimi qiymətləndirərək deyib: “Ərəb rejimləri bilməlidirlər ki, Qərb və sionistlərlə dostluq heç bir fayda vermir.”

Məşriqin məlumatına görə, Həmas-ın Qəzzədəki yüksək rütbəli rəsmisi Mahmud Əz-Zəhar Səudiyyə-BƏƏ koalisiyası tərəfindən bu gün yəmənli mülki vətəndaşların öldürülməsinə cavab olaraq deyib: “Körfəz ərəb dövlətləri və sionistlərlə münasibətləri normallaşdıran rejimlər Yəmənə qarşı siyasətlərinin bədəlini ödəyəcək.”

Əl-Məyadin telekanalına müsahibəsində Əl-Zahar vurğulayıb: “Yəmənə təcavüz sionist rejimin fələstinlilərə qarşı təcavüzü ilə eynidir. Yəmənlilərə qarşı cinayət törədənlərə öz dinlərinə və tarixlərinə qayıtmağı tövsiyə edirəm, çünki Qərb və sionistlərlə dostluğun faydası yoxdur.”

O deyib: “Səudiyyə koalisiyası Qərb və sionist rejimin razılığını axtarır: Fars körfəzindəki ərəb rejimləri uğursuz plan seçib və regionun gələcəyində yeri olmayan güclərə arxalanırlar.”

Həmas rəsmisi vurğulayıb: “Məhz ərəb rejimlərinin zülmü onların xalqlarının işğala qarşı etirazlarını ifadə etmələrinə və sionist rejimlə münasibətlərin normallaşmasına mane olub.”

O, Sudandakı hazırkı vəziyyət və etirazçılara qarşı repressiyaları sionist rejimin bu ölkənin hakimləri arasında nüfuzunun göstəricisi adlandırıb və yəmənlilərə xitabən deyib: “Hər kim sizə hücum edibsə, ona hücum edin və hər vasitə ilə özünüzü təcavüzkarlardan müdafiə edin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =