Brüsseldə iğtişaşlar zamanı azı 15 nəfər xəsarət alıb
Belçikanın paytaxtı Brüsseldə sanitar məhdudiyyətlərə qarşı nümayişdən sonra baş verən iğtişaşlarda ən azı 15 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə Brüssel-İxelles şəhərinin mərkəzi zonasının polis idarəsi məlumat yayıb.
“Ən azı 12 etirazçı və 3 polis yaralanıb”, – məlumatda deyilir.
Polisin hesablamalarına görə, Avropada sanitar məhdudiyyətlərə qarşı nümayişdə 50 min nəfərə qədər insan iştirak edib. Brüsselin Avropa Məhəlləsində keçirilən nümayişdən sonra polislə toqquşmalar və 1 000 nəfərə qədər adamın iştirak etdiyi talanlar olub. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib, onlarla nümayişçi saxlanılıb.
Report.az