Burkina-Faso Prezidenti hərbçilər tərəfindən saxlanıldı

Burkina-Faso Prezidenti hərbçilər tərəfindən saxlanıldı

Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore hərbçilər tərəfindən saxlanılıb və hazırda hərbi bazalardan birində saxlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.

Burkina-Fasoda yanvarın 23-ü bir neçə hərbi bazada hərbçilərin üsyanı baş verib.

Bir çox mənbə ölkə Prezidentinin saxlanıldığını təsdiq edib. “Radio France Internationale”nin məlumatına görə, üsyançılar Kaborenin istefasını tələb edir.

Üsyançıların bir neçə saatdan sonra məsələ ilə bağlı bəyanat yayacağı gözlənilir.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 17 =