Yəmənin Ali Siyasi Şurası: Bugünkü əməliyyat BƏƏ və səudiyyəliləri tərbiyələndirmək üçün idi

Yəmənin Ali Siyasi Şurası: Bugünkü əməliyyat BƏƏ və səudiyyəliləri tərbiyələndirmək üçün idi

Yəmən Ali Siyasi Şurası Səudiyyə Ərəbistanı və BƏƏ-nin mərkəzində Yəmən qüvvələrinin bugünkü əməliyyatının məqsədlərinə nail olunmasına toxunaraq, bu ölkələrin öz hesablamalarına yenidən baxmalı olduqlarını vurğulayıb.

Yəmənin Ali Siyasi Şurası bazar ertəsi günortadan sonra bir bəyanat yayaraq, Yəmən qüvvələrinin BƏƏ-nin qəlbində “Yəmən Fırtınası 2” kimi tanınan əməliyyatının məqsədlərinə çatdığını vurğulayıb.

Əl-Məyadin xəbər kanalı bəyanata istinadən bildirib ki, əməliyyat Səudiyyə Ərəbistanı və BƏƏ-nin qəlbində, iki ölkənin cinayətlərinə cavab vermək və onu tərbiyəlndirmək üçün həyata keçirilib.

Yəmənin Ali Siyasi Şurası da tam sabitliklə “Yəmənin hər bir qarışını azad etmək üçün irəliləyəcəyik!” deyib.

 “Yəmənin tarixini bilməyən hər kəs bu gün öz hesablamalarına yenidən baxmalıdır.” deyən Siya Şura mesajların “Yəmənin strateji və dağıdıcı fırtınası” aysberqinin yalnız görünən hissəsi olduğunu bildirib.

Bununla bağlı Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu səhər Səudiyyə Ərəbistanı və BƏƏ-də həyata keçirilən əməliyyatların təfərrüatlarını verib.

O, Əbu-Dabidəki Əl-Zəfra hava bazası və digər kritik hədəflərin çoxlu sayda Zülfüqar ballistik raketləri ilə, Dubaydakı digər həyati əhəmiyyətli hədəflərin isə Səməd 3 PUA-sı ilə hədəf alındığını bildirib.

O, əlavə edib ki, Səudiyyə Ərəbistanının daxilindəki yerləşən “Şərurə” bölgəsində və digər ərazilərdə bir sıra hərbi bazalar “Səməd 1” və “Qasif k2” pilotsuz təyyarələri ilə vurulub. Yəhya Səri Səudiyyə Ərəbistanının cənubundakı “Cəzan” və “Əsir”dəki kritik mərkəzlərin çoxlu sayda ballistik raketlə hədəf alındığını və yüksək dəqiqliklə həyata keçirilən bu əməliyyatın məqsədlərinə nail olunduğunu bildirib.

Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib ki, Yəmən silahlı qüvvələri bir daha BƏƏ-də olan xarici şirkətlərə və sərmayəçilərə artıq təhlükəsiz olmadığı üçün oranı tərk etməyi tövsiyə edir. Səudiyyə koalisiyası həmçinin Səudiyyə hava hücumundan müdafiə qüvvələrinin Zəhrana (cənub) atılan iki ballistik raketi vurduğunu və parçaların Zəhranın sənaye bölgəsini düşdüyünü iddia edib.

Bu, son bir həftədə Yəmən ordusu və xalq komitələrinin Əbu-Dabiyə qarşı ikinci əməliyyatıdır. Əməliyyat Sənanın Səudiyyə koalisiyasını Yəmənə qarşı işğalı dayandırmağın vacibliyi barədə dəfələrlə xəbərdar etməsindən sonra həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 7 =