Ənsarullah: BƏƏ-yə sərmayə qoymayın, çünki dəyəri sıfıra bərabər olacaq

Ənsarullah: BƏƏ-yə sərmayə qoymayın, çünki dəyəri sıfıra bərabər olacaq

BƏƏ-yə qarşı əməliyyatın davam etdiyini açıqlayan Ənsarullah siyasi bürosunun üzvü BƏƏ döyüş meydanına çevrildiyi üçün investorlara daha bu ölkəyə investisiya qoymamağı tövsiyə edib.

Ənsarullah Siyasi Bürosunun üzvü Məhəmməd əl-Bəxiti bu gün (bazar ertəsi) Əsarul-Yəmən (Yəmən fırtınası 2) əməliyyatından sonra deyib: “BƏƏ Yəmən müharibəsini tərk etmək tövsiyəmizə məhəl qoymadı”.

 “Əl-Məyadin”ə müsahibəsində o, BƏƏ-dəki investorlara BƏƏ-ni tərk etməyi tövsiyə edib, çünki bu, artıq təhlükəsiz ölkə deyil.

Əl-Bəxiti BƏƏ-nin artıq bir döyüş meydanı olacağını və BƏƏ-də investisiyaların dəyərinin sıfıra çatacağını vurğulayıb.

O, əlavə edib ki, BƏƏ Yəmən müharibəsinə müdaxilə etdikdən sonra artıq regionda neytral nöqtə deyil, bu ölkə dərs çıxarmadı və öz maraqlarına uyğun əməl etmədi.

Əl-Bəxiti vurğulayıb ki, Yəmən silahlı qüvvələri ölkəyə geri çəkilmək şansı vermək üçün Səudiyyə Ərəbistanındansa, BƏƏ-yə qarşı daha səbirli olub. Yəmənə hücumlar ABŞ-İsrail hücumlarıdır, lakin Səudiyyə Ərəbistanı və BƏƏ alətdir və ağır bədəl ödəyir.

O əlavə edib ki, Yəmən qüvvələri BƏƏ-dəki mülki mərkəzləri qətiyyən hədəfə almır və BƏƏ xalqını öz qardaşı hesab edir.

Əl-Baxiti əlavə edib ki, gərginliyin artması Yəmən və müqavimət cəbhəsi səbəbindən deyil, ABŞ və onun mütəffiqləri səbəbilədir. Amerika cəbhəsi gələcək döyüşlərdə ən çox uduzan tərəf olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 7 =