Kliçko Almaniyanı Ukraynaya xəyanətdə ittiham etdi
Kiyev meri Vitali Kliçko Almaniyanın Ukraynaya silah tədarükündən imtina etməsini xəyanət adlandırıb.
“Ukraynada Almaniya hökumətinin “Şimal axını – 2” layihəsini dəstəkləməyə davam etməsindən böyük məyusluq mövcuddur”, – deyə V.Kliçko bildirib.
O, qeyd edib ki, Almaniya özü Kiyevə silah vermək istəmir, həmçinin digər ölkələrə də icazə vermir.
Mənbə: Bild