Bulvarda intihar edən şəxsi FHN əməkdaşları xilas etdi

Bulvarda intihar edən şəxsi FHN əməkdaşları xilas etdi

Bakıda intihara cəhd olub.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =