Sionist rejimin mühasirəsi və Qəzzə zolağında yoxsulluq və aclığın artması

Sionist rejimin mühasirəsi və Qəzzə zolağında yoxsulluq və aclığın artması

İsveçrədə yerləşən insan haqları qrupu illik hesabatında bildirib ki, Qəzzənin 2,3 milyon əhalisinin yarısından çoxu İsrailin mühasirəsi nəticəsində yoxsulluq həddinin altında yaşayır.

Cenevrədə yerləşən insan haqları təşkilatı bazar ertəsi yayımladığı illik hesabatında sionist rejimin 16 illik mühasirəsi nəticəsində Qəzzənin 2,3 milyon əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşadığını açıqlayıb.

Əl-Ərəbi saytının məlumatına görə, Avropa-Aralıq dənizi İnsan Haqları Monitorinq Qrupu İsrail rejiminin mühasirəsi zamanı təxminən, 1,5 milyon Qəzzə vətəndaşının yoxsullaşdığını bildirir.

2006-cı ildə HƏMAS ümumi seçkilərdə qalib gəldiyi üçün sionist rejim qeyri-qanuni mühasirəyə başladı. İsrail rejimi 2007-ci ildə mühasirəni gücləndirdi.

 “İsrail rejiminin Qəzzə xalqına qarşı təzyiq siyasəti hələ də davam edir ki, bu da rejimin Qəzzə xalqına böyük maddi və mənəvi ziyan vurmaq niyyətini açıq şəkildə göstərir.” – deyə, hesabatda bildirilir. İndi Qəzzədə humanitar böhran mühasirə şəraitində ikiqat artıb.

2005-ci ildə, sionist rejimin mühasirəsindən əvvəl işsizlik nisbəti təxminən 23,6 faiz idisə, 2021-ci ilin sonunda bu rəqəm 50,2 faizə çatıb və dünyanın ən yüksək işsizlik göstəricilərindən biri olub.

İsrail rejiminin hücumları nəticəsində on minlərlə ev və sənaye obyekti dağılıb, Qəzzə zolağında iqtisadi vəziyyət görünməmiş iflasa səbəb olub.

İnsan haqları təşkilatı beynəlxalq ictimaiyyəti Qəzzənin qeyri-qanuni mühasirəsinə son qoyulması üçün sionist rejimə təzyiq göstərməyə və Beynəlxalq Cinayət Məhkəməsini sionist liderlər və hərbçilərə qarşı təhqiqat başlatmağa çağırıb.

Başqa bir insan haqları təşkilatı İsrail həbsxanalarında saxlanılan 100 fələstinlinin koronavirusa yoluxduğunu elan edərək, sionistlərin cinayətlərinin başqa bir tərəfini açıqlayıb.

Fələstinli Əsirlər Dərnəyi açıqlamasında bildirib ki, işğal altındakı İordan çayının qərb sahilindəki Ofer hərbi həbsxanasında covidə yoluxma halları qeydə alınıb. QHT daha əvvəl Fələstinin cənubundakı Eşel həbsxanasında 10 koronavirusa yoluxma hadisəsi olduğunu bildirmişdi.

Zərərçəkənlər arasında İsraildə çoxdankı fələstinli məhbus olan “Nail Əl-Bərqusi”nin də adı var.

Fələstinli QHT-lərin hesablamalarına görə, İsrail həbsxanalarında təxminən 4600 fələstinli məhbus var ki, onlardan ən azı 600-ü xəstəl, dördü isə xərçəngdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − one =