327 şəhid və yaralı; Yəmənin Səədə şəhərinə Səudiyyə koalisiyanın hücumunun yekun statistikası
Yəmənin Milli Qurtuluş Hökumətinin Səhiyyə naziri bu gün Səudiyyə koalisiyasının Yəməndəki Səədə həbsxanasına hücumu nəticəsində 300-dən çox ölü və yaralının olduğunu açıqlayıb.
Taha Əl-Mütəvəkkil Səudiyyə koalisiyasının Səədə həbsxanasına hücumu nəticəsində həlak olanların yekun statistikasını açıqlayıb.
Əl-Məsirə-nin məlumatına görə, Yəmənin Milli Qurtuluş Hökumətinin Səhiyyə naziri hücumda 91 nəfərin həlak olduğunu, 236 nəfərin isə yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Onun sözlərinə görə, yanvarın əvvəlindən və gərginliyin artması ilə Səhiyyə Nazirliyində 150 ölüm və 350 yaralanma faktı qeydə alınıb.
O, Səədə merinin müavini Məhəmməd Cabir beynəlxalq təhqiqat komissiyasının yaradılmasına və cinayətin qatilləri və icraçılarının təqib edilməsinə çağırıb və əlavə edib ki, həbsxanaya Beynəlxalq Qızıl Xaç Komitəsi baş çəkib.
Qeyd edək ki, ötən cümə günü səhər saatlarında Səudiyyə-BƏƏ koalisiyası Yəmənə qarşı hücumlar həyata keçirib və bu hücumlarda çoxlu sayda mülki şəxs, o cümlədən, uşaqlar həlak olub.
Bir hissəsi Yəmənin telekommunikasiya binasını hədəf alan hücumlar zamanı ölkədə internetə çıxış tamamilə kəsilib. Səədə həbsxanasına edilən hücumlarda çoxlu sayda məhbus da həlak olub.
Bu gün Səədə həbsxanasının binasında ABŞ istehsalı olan raketlərin qalıqları tapılıb.
2018-ci ilin əvvəlində Səudiyyə koalisiyasının yəmənli uşaqları daşıyan avtobusa hücumundan sonra da ABŞ istehsalı olan raketin qalıqları tapılmışdı.