ABŞ-da kimya zavodunda partlayış baş verib
ABŞ-ın Luiziana ştatının Uestlake şəhərində yerləşən kimya zavodunda partlayış baş verib.
“Report”un məlumatına görə, bu barədə KPLC telekanalı məlumat yayıb.
Məlumata görə, içində etilen dixlorid olan çən partlayıb.
Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Report.az