Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Şimali Koreya bu həftə uzun mənzilli ballistik raketi sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreyanın “Renhap” agentliyi xəbər verib.
Məlumata əsasən, raket buraxılışı yanvarın 25-də həyata keçirilib.
Rəsmi Pxenyan həmçinin qeyri-döyüş başlıqlarını sınaqdan keçirmək üçün yanvarın 27-də “yer-yer” idarə olunan taktiki raketləri sınaqdan keçirdiyini deyib.
Trend.az