Azərbaycanda bir gündə minlərlə insan koronavirusa yoluxdu – 19 nəfər öldü
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib. 17 204 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə ümumilikdə 6 119 861 test icra olunub.
Publika.az