Suriyada İŞİD qadın batalyonunun amerikalı komandirinin həbsi

Suriyada İŞİD qadın batalyonunun amerikalı komandirinin həbsi

ABŞ Ədliyyə Nazirliyi Suriyada İŞİD-in Qadın Batalyonuna komandanlıq edən amerikalı Alison Flok-Akernin bir müddət əvvəl həbs olunaraq ABŞ Federal Təhqiqat Bürosuna (FTB) təhvil verildiyini açıqlayıb.

AFP-nin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi şənbə günü Suriyada İŞİD Qadın Batalyonuna komandirlik edən amerikalı qadının xarici terror təşkilatına dəstək verməkdə ittiham edildiyini bildirib.

ABŞ Ədliyyə Nazirliyi açıqlamasında bildirib ki, mərkəzi Amerikanın Kanzas ştatından olan 42 yaşlı qadın Alison Flok-Akren bu yaxınlarda Suriyada həbs edilib və cümə günü FTB-yə təhvil verilib.

Ekstremist qadının bazar ertəsi Vaşinqtonda İsgəndəriyyə Federal Məhkəməsinə çıxarılması planlaşdırılır. Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir. Washington Post qəzetinin yazdığına görə, onun mühakiməsi ABŞ-da bir şəxsin İŞİD-də belə yüksək vəzifə tutmaqda ittiham olunduğu ilk işdir.

ABŞ Ədliyyə Nazirliyi elan edib ki, Alison Flok-Akren uzun illər əvvəl terror fəaliyyətləri törətmək və ya terroru dəstəkləmək məqsədi ilə Suriyaya səfər edib.

 “Ummu Muhammad Əl-Əmriqi” kimi tanınan qadın ABŞ-da universitetə hücum etmək məqsədi ilə agentləri hazırlaşdırmaqda və işə götürməkdə ittiham olunur. O, ABŞ-da ticarət mərkəzinə hücum etmək arzusunu da dilə gətirib.

Birləşmiş Ştatlar qadını İŞİD-in Xətib Ən-Nusəybə kimi tanınan hərbi batalyonuna rəhbərlik və təşkil etməkdə ittiham edib. Bu hərbi batalyonun məqsədi xüsusilə 2017-ci ildə Suriyanın Raqqa şəhərinin mühasirəsi zamanı qadınları müharibəyə hazırlamaq olub.

Batalyonun üzvləri yalnız bu terror qruplaşmasının ekstremistləri ilə evlənmiş qadınlardan ibarətdir. Allison Flok-Akren batalyonun formalaşmasından dərhal sonra komandanlığı öz üzərinə götürüb.

Ədliyyə Departamentində ona qarşı şikayətlər edilib, 6 nəfər 2014-2017-ci illər arasında bu amerikalı qadının “terror fəaliyyətlərinin” şahidi olduqlarına dair ifadə verib. Onların ifadələrinə görə, Allison Flok-Akren uşaqlara Kalaşnikov avtomatlarından (AK-47), qumbaraatanlardan və intihar kəmərlərindən istifadə etməyi öyrətməklə məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =