Ayətullah Seyid Əli Sistaninin Ayətullah Safi Qolpayeqaninin vəfatı münasibətilə başsağlığı mesajı

Ayətullah Seyid Əli Sistaninin Ayətullah Safi Qolpayeqaninin vəfatı münasibətilə başsağlığı mesajı

Şiələrin ali mərcəyi-təqlidi Ayətullahul-üzma Sistani Ayətullah Safi Qolpayeqaninin vəfatı ilə bağlı başsağlığı verib.

Şiələrin ali mərcəyi-təqlidi Ayətullahul-üzma Seyid Əli Hüseyni Sistani bu gün (çərşənbə axşamı) Ayətullah Safi Qolpayeqaninin vəfatı münasibətilə mesaj yayıb.

Mesajda deyilir:

Mərhəmətli və Rəhmli Allahın adı ilə (İnna lillah və inna iləəyhi raciun)

Qum şəhərinin müqəddəs seminariyasının ustadlarından və dövrünün fəzilətli şəxslərindən və dinin nümunəvi xadimlərindən olan o nəcib insanın vəfatı böyük itkidir.

Bu ağrılı faciəni Həzrət Vəliyyi-Əsrə (ə.f) (canımız ona fəda olsun), alimlərə, onun möhtərəm yaxınlarına və digər sevənlərinə başsağlığı verirəm.

Uca Allahdan mərhuma ali dərəcə və yaxınlarına gözəl səbir və əcr diləyirəm.

Uca və əzəmətli Allahdan başqa, heç kəsdə qüdrət və qüvvət yoxdur!

28 Cəmadius-sani, hicri-şəmsi 1443-cü il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =