Putin səssizliyini pozdu – ABŞ və NATO-nu ittiham etdi

Putin səssizliyini pozdu – ABŞ və NATO-nu ittiham etdi

Publika.azRusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib.

“Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik”, – Rusiya Prezidenti deyib.

Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır.

Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 10 =