ABŞ Rusiya əleyhinə sanksiyaları BU TARİXDƏ təsdiqləyəcək

ABŞ Rusiya əleyhinə sanksiyaları BU TARİXDƏ təsdiqləyəcək

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ Senatının Beynəlxalq Komitəsinin rəhbəri Bob Menendez bildirib ki, bir neçə detal yekunlaşdırılandan sonra sanksiyalar paketi razılaşdırılacaq. Senator Kris Mörfi isə qeyd edib ki, məqsəd paketi yaxın bir gündə yekunlaşdırmaqdır. 

Agentlik yazır ki, tərəflər Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən əvvəl sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu müzakirə edirlər. Mörfinin sözlərinə görə, Moskva artıq müəyyən nəticələrə layiq olan əhəmiyyətli xətti keçib.

Menendezin komitədəki həmkarı respublikaçı Cim Riş paket üzərində irəliləyiş olduğunu söyləyib. Senator Benjamin Kardin bildirib ki, ən sərt sanksiyalar hələlik qorunmalıdır. O, həmçinin hesab edir ki, Rusiyanı SWIFT sistemindən ayırmaq variantına da baxılmalıdır. “Biz açıq şəkildə bildirdik ki, Ukraynaya hücum olarsa, bu variant sözsüz ki, müzakirə olunacaq” – deyə siyasətçi bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − thirteen =