Belarus Polşaya raket atdı: böyük toqquşmanın ilk qığılcımı?

Belarus Polşaya raket atdı: böyük toqquşmanın ilk qığılcımı?



Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Belarus hərbçiləri Polşa sərhədçilərinə qarşı siqnal raketindən istifadə edib.

Belarus tərəfindən atılan siqnal raketi Polşa ərazisinə düşüb. Raketin düşdüyü ərazidə Polşa sərhədçilərinin postu yerləşir.

Bu hadisə Şərqi Avropada Rusiya-ABŞ qarşıdurması fonunda diqqət çəkir və Belarusun niyə belə bir addımı atdığı sualı önə çıxır.

Mümkündür ki, raketin hədəfi Polşa ərazisi olmayıb və təsadüfən baş verib. Yaxud bu informasiyanın yayılmasının başqa hədəflərinin olması da istisna deyil. Hazırda bölgədəki vəziyyət istənilən qığılcımın böyük toqquşmaya gətirib çıxaracağı həddədir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eighteen =