Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanıldı- Video

Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanıldı- Video

Yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binası və sərnişin platformasının tikintisinə başlanılıb. 

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. https://www.youtube.com/embed/JuVtzn1i8iI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fourteen =