Bayden Putinə gizli bazaya giriş icazəsi verir
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən nəşri yazır.
Nəşrin məlumatına görə, ABŞ NATO-nun Rumıniya və Polşadakı raketdən müdafiə bazalarına rusiyalı rəsmilərin girişinə icazə verməyi müzakirə etməyə hazırdır.
“Bayden Administrasiyası bununla bağlı artıq Kremlə məlumat verib. Vaşinqton hesab edir ki, bu addım Moskvanın qorxularını aradan qaldıracaq”, – nəşr yazır.
Mənbələrdən biri qeyd edir ki, istənilən sazişi yalnız müttəfiqlərlə, xüsusilə də Polşa və Rumıniya ilə müzakirələrdən sonra bağlanacaq.
“Rumıniya rusiyalı rəsmilərinə icazə verməyə hazırdır, lakin bu qarşılıqlı olmalıdır. Polşa da istəyir ki, Rusiya Kalininqraddakı bazalara baş çəkməyə icazə verməlidir”, – mənbə vurğulayır.
Publika.az