Beynəlxalq Amnistiya Təşkilatı: Biz İsrailin fələstinlilərə qarşı irqçi cinayətlərini ifşa etmək üçün səylərimizi davam etdiririk

Beynəlxalq Amnistiya Təşkilatı: Biz İsrailin fələstinlilərə qarşı irqçi cinayətlərini ifşa etmək üçün səylərimizi davam etdiririk

Beynəlxalq Amnistiya Təşkilatının Baş katibi bəyan edib ki, təşkilat sionist rejimin fələstinlilərə qarşı irqçi cinayətlərinin ifşası ilə bağlı hesabatı tamamlanana qədər öz səylərindən əl çəkməyəcək.

Beynəlxalq Amnistiya Təşkilatının Baş katibi, əvvəllər BMT-nin məhkəməsiz qətllər üzrə xüsusi məruzəçisi Aqnes Kalamard dünən Qərb Sahilinin Ramullah şəhərində Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşüb.

O deyib: Bu hesabat İsrail hakimiyyət orqanları tərəfindən yaradılmış aparteid rejimi və fələstinlilərə qarşı irqçi cinayətlər haqqındadır.

Beynəlxalq Amnistiya Təşkilatının Baş katibi bildirib: “İrqçiliyə və aparteid siyasətə son qoymaq üçün bütün dünya qarşısında nə etdiyimizlə bağlı dərin müzakirələr gedir. İsrail bu hesabatla bağlı hər hansı müzakirəni rədd edib.”

Amma biz İsrailin irqçi cinayətləri ifşa olunana qədər işimizi davam etdirəcəyik. Bu hesabatın açıqlanması bu istiqamətdə atılan ilk addım idi və biz İsrailin davam etdirdiyi aparteid rejiminə son qoymaq üçün 70 beynəlxalq təşkilatla çalışacağıq.

 “Biz qarşıdakı aylarda və illərdə bu sahədə çox iş görəcəyik və beynəlxalq təşkilatların İsrailin fələstinlilərə qarşı irqçi hərəkətlərini və cinayətlərini ifşa etmək üçün nə lazımdırsa edəcəyik.

Hesabatda İsrailin Fələstinin torpaqlarını və mülklərini ələ keçirərək, onları qeyri-qanuni şəkildə qətlə yetirərək, mühacirətə məcbur edərək və onların hərəkət azadlığını məhdudlaşdırmaqla necə aparteid rejiminə çevrildiyi göstərilir.

“Həmas” İslami Müqavimət Hərəkatı və İslami Cihad Hərəkatı da sionist rejimi aparteid rejimi hesab edən Beynəlxalq Amnistiya Təşkilatının hesabatını müsbət qarşılayıb.

Beynəlxalq Amnistiya Təşkilatı İsrailin müqavimətinə baxmayaraq, açıqladığı hesabatda bildirib ki, İsrail rəsmiləri fələstinlilərə qarşı irqi ayrı-seçkilik cinayətlərinə görə cəzalandırılmalıdır. Biz İsrail hakimiyyətini qanun pozuntularına yol verənləri məsuliyyətə cəlb etməyə çağırırıq.

Beynəlxalq Amnistiya Təşkilatı bu hesabatla Bethlehem hüquq təşkilatları və Human Rights Watch-a qoşularaq sionist rejimini işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərə və ərəb vətəndaşlarına qarşı aparteid və irqi ayrı-seçkilik siyasəti yürütməkdə ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fourteen =