“Tesla” 817 min avtomobilini geri çağırır

“Tesla” 817 min avtomobilini geri çağırır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 817 143 avtomobilini geri çağırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Administrasiyası məlumat yayıb.

Buna səbəb təhlükəsizlik kəmərində yaranan problemlər göstərilir.

Geri çağırılan lota “Model S”, “Model X”, “Model 3s” və “Model Y” daxildir.

Şirkət aprelin 1-dək sözügedən avtomobillərin sahiblərinə bildirişlər göndərəcəyini bildirib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 14 =