Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz- XƏBƏRDARLIQ

Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz- XƏBƏRDARLIQ

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar.

BAKU.WS xəbər verir ki, öskürək, halsızlıq və boğaz və əzələ ağrıları zamanı həkim resepti olmadan “Paracetamol” və “Strepsis” kimi ağrıkəsicilərdən istifadə edirlər.

Nəticədə vətəndaşlar öz vəziyyətlərini ağırlaşdırmış olurlar. Üstəlik virusun yayılmasına da şərait yaradırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman qəbulu həkim nəzarətində olmalıdır: “Özbaşına reseptlərdən istifadə etmək, antibiotik vurmaq təhlükəlidir. “Paracetamol”un həddən çox qəbulu qara ciyəri zədələyə bilər. ABŞ-da statistikaya görə, bu dərmanın qəbulundan ildə 500 nəfər həyatını itirir”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =