Rusiyanın 6 hərbi gəmisi Suriyanın Tartus limanına yanaşıb

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya məxsus 6 iri logistik gəmi Avropadakı təlimləri başa vurduqdan sonra Suriyanın Tartus limanına gəlib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün (cümə) bəyanat yayaraq, Şimal və Baltik donanmasının altı böyük logistik gəmisinin Suriyanın Tartus limanına yanaşdığını bildirib.
Sputnik-in məlumatına görə, bəyanatda deyilir: “Admiral Nikolay Yumenovun komandanlığı altında Rusiya dəniz qüvvələrinin təlimləri çərçivəsində Şimal və Baltik Donanmasının bir sıra döyüş gəmiləri Avropa ətrafında səyahətini başa vurub və Aralıq dənizinin şərq hissəsinə gəlib.”
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, 6000 dəniz mili qət etmiş olan Pyotr Morqunov, Georgi Pubdonosts, Olengorskiy Gornyak, Korolyov, Minsk və Kalininqrad adlı altı iri logistik gəmi yanacaq doldurmaq, içməli su və ərzaq yükləmək üçün Tartus limanında qalacaqlar.
Moskva və Dəməşq Tartus limanında Rusiya donanması üçün logistika mərkəzinin inkişafı ilə bağlı müqavilə imzalayıblar. Bu da nüvə döyüş gəmiləri də daxil olmaqla on bir döyüş gəmisinin Tartusda eyni vaxtda 49 il qalmasına imkan verəcək ki, nəticədə müddətin avtomatik olaraq 25 il uzadılması deməkdir.
2017-ci ilin yanvarında faktiki olaraq qüvvəyə minən müqaviləyə əsasən, Rusiya dənizdə və havada, Suriya isə quruda hərbi-dəniz qüvvələrinə dəstək mərkəzini müdafiə etməkdən məsuldur.
Müqaviləyə əsasən, Suriya tərəfi Tartus limanı ərazisinin torpaq və suyunu, eləcə də qeyri-rəsmi mülkləri müqavilənin sonuna qədər Rusiya tərəfinə pulsuz istifadəyə verməyi öhdəsinə götürüb.