Səudiyyə fəalları və Twitter istifadəçiləri Ərəbistanının Tel-Əvivlə hərbi təlimdə iştirakından qəzəblənib

Səudiyyə fəalları və Twitter istifadəçiləri Ərəbistanının Tel-Əvivlə hərbi təlimdə iştirakından qəzəblənib

Səudiyyə Ərəbistanının İsraillə ABŞ-ın rəhbərlik etdiyi birgə hərbi dəniz təlimində iştirakı bir çox fəal və istifadəçini qəzəbləndirib.

Səudiyyə Ərəbistanının İsrail rejiminin Fars körfəzindəki donanması ilə birlikdə ABŞ-ın rəhbərlik etdiyi dəniz təliminə qatılması Twitter istifadəçilərinin reaksiyasına səbəb olub.

Ərəbi 21 yazıb: Sionist rejim və Səudiyyə Ərəbistanı ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında Bəhreyn dəniz qüvvələrinin təliminin 60 iştirakçısı arasındadır.

İsrail ordusu 60 ölkədən və beynəlxalq təşkilatlardan 9 min əsgər və 50 gəminin iştirak etdiyi ABŞ Mərkəzi Komandanlığının nəzdindəki Bəhreyn Dəniz Qüvvələri təlimində iştirak etdiyini açıqlayıb.

 “IMX/CE202 təlimində altmış ölkə iştirak edir, İsrail donanması isə ilk dəfədir ki, təlimə qatılıb” –deyə, İsrail ordusunun sözçüsü Avikha Adrei açıqlamasında bildirib.

O, daha sonra vurğulayıb: “İsrail hərbi donanması ABŞ-ın Qırmızı dənizdəki Beşinci Donanması ilə regional səviyyədə iştirak etmək üçün təlim keçəcək.”

Səudiyyə Ərəbistanı və İsrail rejimi ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli hərbi təlimdə iştirak edəcək ki, bu da iki tərəf arasında yaxınlıqdan xəbər verə bilər.

Bu məşq bir çox fəalın və istifadəçinin tənqidinə və reaksiyasına səbəb olub.

Bir fəal tvitində yazıb: “İsrail bizə ciddi dəstək verir; “Biz nə qədər də zəifik!”

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı, Beşinci Donanma və ABŞ Hərbi Dəniz Qüvvələrinin birləşmiş komandiri Bred Kuper Tvitter hesabında yazıb:

IMX / CE 202 Beynəlxalq Dəniz Təlimi adlı iki ildən bir keçirilən 18 günlük Dəniz Təlimi ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının rəhbərliyi altında yanvarın 31-də başlayıb.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri və Bəhreyn baş nazirinin qatıldığı təlimin ilk günündə Bəhreynin yeni dəniz silahları nümayiş etdirilib.

Bred Kuper yazır ki, “Bu iştirak səviyyəsi qanuna əsaslanan beynəlxalq asayişin qorunması üçün ümumi əzmi əks etdirir. Bu, əməkdaşlıq imkanlarını artırmaq və ölkələr arasında dəniz əlaqələrini dərinləşdirmək üçün xüsusi fürsətdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =