Qızılaxtaranlar hərbi hissəyə hücum etdilər

Qızılaxtaranlar hərbi hissəyə hücum etdilər

Hadisə Fransa Qvianasında baş verib.

Lent.az-ın xəbərinə görə, bir gün əvvəl Fransa ordusu qanunsuz qızılaxtaranlara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı emal olunmağa aparılan bir neçə yüz kiloqram qızıl filizi və bir qayıq ələ keçirilib. Əməliyyatdan qayıdan hərbçi və polislər hərbi hissə yaxınlığında qəfil hücuma məruz qalıblar. Qayıqla hücuma keçən 5 silahlı əldən verdikləri malları götürməyə cəhd ediblər. Lakin onların bu hücumu da uğursuz alınıb və gəldikləri qayıqla hadisə yerindən uzaqlaşıblar.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + four =