Türkiyədə sionist rejimə casusluq ittihamı ilə 16 nəfər mühakimə edilib

Türkiyədə sionist rejimə casusluq ittihamı ilə 16 nəfər mühakimə edilib

Şübhəlilər ötən ilin oktyabrında sionist rejim üçün casusluq etdikləri üçün həbs ediliblər.

Associated Press-in məlumatına görə, Türkiyə mediası çərşənbə axşamı İstanbulda İsrailə “siyasi və hərbi” casusluq ittihamı ilə 16 nəfərin mühakimə olunduğunu bildirib.

Türkiyə mətbuatının məlumatına görə, şübhəlilər oktyabr ayında Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Günahları sübuta yetirilərsə, onları 20 ilə qədər həbs gözləyir.

 “Sabah” qəzeti şübhəlilərin sionist rejim üçün casusluq etdiklərini və fələstinli və türk tələbələrdən ibarət beş ayrı qrupda fəaliyyət göstərdiklərini yazıb.

Türkiyə kəşfiyyatçıları həbs olunmazdan əvvəl qruplaşmanı bir il ərzində izlədiklərini bildirilir.

Türkiyə rəsmiləri həbslərlə bağlı açıqlama verməyib.

“Sabah”ın məlumatına görə, ilkin məhkəmə iclasları dörd gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =