Seyid Həsən Nəsrullah Əl-Aləm-ə müsahibə verib: İran İslam Respublikası bütün dünyada müstəqillik və azadlıq modelidir və İran regional gücdür

Seyid Həsən Nəsrullah Əl-Aləm-ə müsahibə verib: İran İslam Respublikası bütün dünyada müstəqillik və azadlıq modelidir və İran regional gücdür

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Əl-Aləmə müsahibəsində deyib: “İsrail İrana hərbi yolla hücum edərsə, İranın cavabı çox sərt olacaq və israillilər İranın cavabından qorxurlar.”

Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah İran İslam İnqilabının şanlı qələbəsinin 43-cü ildönümü ərəfəsində Əl-Aləm kanalına verdiyi eksklüziv və ətraflı müsahibəsində regionda və dünyada baş verən son hadisələri təhlil edib.

Əl-Aləm: Mən bu görüş münasibətilə söhbətə başlayacağam…

İran İslam İnqilabının qələbəsinin qırx üçüncü ildönümünü, cənab Seyid Həsən Nəsrullah, hansı hiss və duyğularla qeyd edirsiniz?

Seyid Həsən Nəsrullah: Mərhəmətli və Rəhimli Allahın adı ilə.. Sizi salamlayıram. Təbii ki, İslam İnqilabının qələbəsinin ildönümündə insan sevinc və fərəh hissi ilə doludur.

Xatırlayıram ki, 1979-cu ildə [hicri 1357-ci ildə] dost-düşmən bütün dünya İmam Xomeyninin (r.ə) Parisdəki hərəkatını izlədi və o, Fransadan Tehrana uçan təyyarədə olarkən, on milyonlarla insan qəlbi İmamınla idi. Hamı düşünürdü ki, görəsən, İmam Tehran hava limanına çatacaqmı? Təyyarə sağ-salamat gələcəkmi? Bundan sonra nə olacaq?

İslam İnqilabının Qələbəsinin ildönümü həmişə bu hissləri, xatirələri və qavrayışları canlandırır.  Onun Beheşte Zəhra və şəhidlər məqbərəsindəki çıxışı və inqilabın qələbəsi elan olunana qədər baş verən hadisələr əslində böyük Allah gününün (yəvmullah) ən bariz və mühüm nümunələrindən biridir.

Bu gün Allahın ən şərəfli günlərindən biridir. İnsan o günü xatırlayanda həmişə sevinc, xoşbəxtlik və gələcəyə ümid hiss edir. Bu, bütün inqilab aşiqlərinin hissləri kimi bizim də hisslərimizdir.

İran liderinin rəhbərlərinin şəxsiyyəti inqilabın qələbəsinə təsir edən ən mühüm amillərdən biri olub.

* Amerika əsl İslamı qəbul etmir

Seyid Nəsrullah: İran şah zamanında ABŞ tərəfindən idarə olunurdu. Düzdür, şah və şah hökuməti mövcud idi, amma o zaman 30-35 milyon nəfər əhalisi olan İranda 60 mindən çox amerikalı məsləhətçi vardı. Yəni, amerikalı müşavirlər bütün sahələrdə, təhlükəsizlik, hərbi, neft, nəqliyyat, mənzil, iqtisadiyyat, maliyyə, mədəniyyət və s. təsirli idi.

ABŞ hakim olduğu bir ölkədə illər boyu istədiyi kimi onun sərvətini, neftini, qazını talayıb onu idarə edirdi..onun ideoloji, mədəni və intellektual kimliyini, dəyişməyə çalışırdı.

 Biz bilirik ki, şah ABŞ-ın muzduru idi və ABŞ-ın və bölgədəki sionistlərin məqsədlərinə xidmət edirdi. Fars körfəzi bölgəsinin jandarmı idi və Fars körfəzi regionunun bütün ölkələri ondan qorxurdu.

İmam Xomeyni (r.ə) gəldi və İranın inqilabçı xalqı onun yanında idi, buna görə də İran İslam İnqilabı bu sistemi alt-üst etdi və bu muzdlu və 60.000 müşaviri ölkədən qovdu. Yəni, ABŞ və İsrail İranı şahla birlikdə tərk etdi, buna görə də İslam İnqilabı İsraillə əlaqələri kəsdi, İsrail səfirliyini bağladı və Fələstin Azadlıq Təşkilatına təhvil verdi.

Fələstin hələ də fəaliyyətdə olan bir səfirliyə malik oldu. Bəli ABŞ İranı tamamilə tərk etdi, yəni İmam Xomeyninin (r.ə) sözlərilə desək, İrandan Amerikanın əlini kəsdilər.

Hər halda, Amerikanın problemi bizim namaz qılıb-qılmamağımız, oruc tutub-tutmamağımız deyil, xeyr, …

Ölkəsi və xalqının azad olmasını, qərarları özünün verməsini və sərvətlərinin talanmasına imkan verməməsini istəyən bu İslam sisteminə ABŞ qarşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − one =