Ermənilər kütləvi məzarlıqların yerini niyə demir? – ŞOK FAKTLAR

Ermənilər kütləvi məzarlıqların yerini niyə demir? – ŞOK FAKTLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Politoloq bildirib ki, bu istiqamətdə xüsusi qeydləri var: 

“Biz həmişə deyirdik ki, Birinci Qarabağ müharibəsi dövründə 5500 nəfər ermənilərə əsir düşüb. Son vaxtlar mətbuatda 5000 nəfər yazmağa başlayıblar. Amma ermənilər olsaydı, həmin rəqəmi 55 000 nəfər göstərərdilər. Bizdə bununla bağlı statistikanın niyə hər zaman azaldılmağa meyilli olduğunu anlaya bilmirəm. Həmin 5500 nəfərin böyük əksəriyyətinin həyatda olmadığını qətiyyətlə söyləmək mümkündür. Onu da söyləyim ki, həmin adamların heç biri elementar dəfn qaydalarına riayət olunmadan basdırılıb. Hətta dinlərdən, adət-ənənələrdən, qayda-qanunlardan kənar, vəhşi formada onların toplu məzarlıqlara gömülməsini cəsarətlə söyləmək olar. Ermənistan tərəfi əvvəlcə həmin kütləvi məzarlıqların yerini Azərbaycan tərəfinə təqdim edəcəyini bildirmişdi. İndi onların bundan imtina etmələri anlaşılan deyil. Bəlkə də başa düşürlər ki, bu, Ermənistan dövləti üçün böyük bir biabırçılıqdır. Bu, özünü sivilizasiyalı xalq adlandıran və yaxud özünü dünyaya mədəni bir xalq kimi sırımağa çalışan vəhşi vandalların mənəvi simasını açıb göstərir. 

Ona görə də 30 il işğal altında saxladıqları ərazilərdəki kütləvi məzarlıqların yerini deməkdən imtina edirlər. Amma ən azından əminəm ki, biz Qarabağ torpağında, separatçıların yaşadığı və rusiyalı sülhməramlıların da müvəqqəti yerləşdiyi, ermənilərə dəstək verdiyi ərazilərdə kütləvi məzarlıqların çox hissəsini tapacağıq. Amma ermənilər azacıq da olsa, tövbə hissi keçirərək həmin kütləvi  məzarlıqların yerini deməklə üzrxahlıq edə bilərlər. Hər halda, bu, daha çox onların xeyrinə olardı ki, törətdikləri əməllərdən peşmandırlar. Onlar azərbaycanlıların, türklərin qanına susamış vəhşi məxluqdurlar. Onlar bu məsələdə bizimlə səmimi əlaqələr qurmağı ağıllarının ucundan belə keçirmirlər. Xocalı, Qaradağlı, Ağdaban və digər soyqırımıları gündəmdən düşməməlidir. Çünki erməni xislətinin nə olduğunu və ermənilərin mədəniyyətdən, müasir sivilizasiyadan nə qədər uzaq olduqlarını dünyaya çatdırmaq üçün çox zəruri olan məsələlərdən biridir. 

Onlar yaxşı təsəvvür edirlər ki, kütləvi məzarlıqların yerini desələr bu, onların qondarma imicinə zərər vuracaq. İrəvanı çıxılmaz vəziyyətə salacaq. Ona görə də kütləvi məzarlıqların yerini deməkdən imtina edirlər. 5500 nəfər insandan bu günə qədər xəbər yoxdur. Bəs onların böyük əksəriyyəti harada dəfn olunub? Ermənilər kütləvi şəkildə qətlə yetirdikləri adamların heç olmasa basdırıldığı yerləri göstərməyə borcludurlar. Biz Xankəndidə, Əsgəranda və digər yerlərdə suverenliyimizi tam bərpa edəndən sonra oradakı kütləvi məzarlıqlarla bağlı görəcəyimiz işlər gec-tez öz bəhrəsini verəcək. Kütləvi məzarlıqlar məsələsini gündəmdə saxlamaq ermənilərin iç üzünün dünyaya tanıdılması baxımından prinsipial əhəmiyyətə malikdir”. 

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 17 =